Nağdsız qaliblər: Visa & Mastercard | Banco.az

Nağdsız qaliblər: Visa & Mastercard

Bir anlıq təsəvvür edin ki, üstünüzdə qəti nağd pul yoxdur və vəsaitiniz sadəcə kartlardadır. Bu, sizin üçün böyük çətinlik yaradarmı? Harada kartla ödəniş etmək qəti mümkün olmaz? Metroda və digər nəqliyyat növlərində, xüsusi kartlardan istifadə xırda və nağd pula tələbatı azaltsa da, tam nağdsız sistemə keçmək üçün hələ daha çox inkişafa ethtiyac var. DÜNYA isə hər gün nağdsız ödənişlərə daha çox yaxınlaşır.

Nağdsız liderlər

Visa (V) və Mastercard (MA) nağdsız cəmiyyətə keçid üçün iki ən başlıca vasitədir. Nə üçün American Express (AXP) yox, V və MA? Yadda saxlamaq lazımdır ki, Visa (V) və Mastercard (MA) ödəniş prosessorlarıdır. Banklar kart emissiya edir, borc vəsait verir, faizlər tətbiq edir. Visa və MasterCard isə sadəcə satış anında tranzaksiyaları idarə edir və hər tranzaksiyaya görə haqq tutur. Digər tərəfdən American Express kart emissiya edir, faiz dərəcələri tətbiq edir, borc verir. Ödənişləri AXP ilə etmək dəhşətli  seçim deyil, amma Azərbaycan sakinləri üçün o qədər də əlverişli deyil.

Araşdırmalar göstərir ki, kart ödənişlərinin həcmi güclü şəkildə böyüyür, 2016-cı ilin sentyabrında, Euromonitor International report verir ki, ilk dəfə olaraq, istehlakçıların kart ödənişlərinin həcmi nağd ödənişləri üstələyib. Report göstərir ki, bütün dünya üzərində $23.1 trilyon vəsait kart vasitəsi ilə xərclənib. Məqalə həmçinin iddia edir ki, 2016-2021-ci illərdə, kart ödənişləri illik 6,5% (mürəkkəb faiz dərəcələri ilə) artım nümayiş etdirəcək, mobil ödənişlərin həcmi isə illik 23% faiz artacaq. Nağd ödənişlərin illik artım dərəcəsinin isə 1,3% olacağı ehtimal edilir.  

Həmin müddət ərzində, getdikcə daha az insan nağd vəsaitdən istifadə edir. Yeni Ipsos/ING sorğusu göstərir ki, Avropada müsahiblərin 34%-i, ABŞ-da isə 38%-i  tamamı ilə nağdsız sistemə keçməyin tərəfdarıdır. Eyni zamanda Avropada müsahiblərin 21%-i, ABŞ-da isə 34%-i bildirib ki, onlar indi nadir hallarda nağd istifadə edir. Məqalə həmçinin qeyd edib ki, xüsusən son 12 ay ərzində Avropalıların yarıdan çoxu nağd puldan daha az istifadə edir.

Ən sərfəli kredit üçün müraciət et

Visa və MasterCard-ın səhmləri son beş il ərzində inanılmaz qazanclar əldə edib, səhmlərin qiymətində artım müvafiq olaraq, 208% və 170% olub.

Analitiklər Visanın növbəti iki büdcə ili ərzində gəlirlərinin $19.54 milyarda çatacağını göləyir. Səhm üzrə qazanc (EPS) isə $4.50 təşkil edəcək. Həmin müddət ərzində analitiklər MasterCardın gəlirlərinin $13.1 milyard dollara, səhm üzrə qazancının (EPS) isə $5.79 dollara çatacağını ehtimal edir.

Visanın 2016-cı ildə cəmi gəlirləri $15 milyard, Mastercard isə $11 milyard təşkil edib.

MA-nın növbəti iki il üçün EPS proqnozu

Visanın növbəti iki il üçün EPS proqnozu

Yerli statistika

Mərkəzi Bankın məlumatına əsasən, 2017-ci ilin birinci rübünün sonunda dövriyyədə olan ödəniş kartlarının cəmi sayı 5.496 mindir. Onlardan 2559 mini sosial, 1622 mini  əməkhaqqı, 641mini kredit 674-mini  isə digər kart növlərinə aiddir.

Cəmi kartlarla aparılan əməliyyatların sayı 8 446 min, həcmi isə 1 305 mln manat təşkil edib. Göründüyü kimi, hələ kartların və əməliyyatların da həcmi kiçik olaraq qalır.

Könül Soltanova, Banco.az

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et