Türkiyənin xarici ticarət kəsiri 7,4 milyard dollara yüksəlib | Banco.az

Türkiyənin xarici ticarət kəsiri 7,4 milyard dollara yüksəlib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyənin oktyabr ayında xarici ticarət kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq 7,4 milyard dollar olub.

Banco.az xəbər verir ki, ilkin xarici ticarət göstəricilərini İstanbulda açıqlayan ticarət naziri Ömər Bolat oktyabr ayında ixracatın ötən ilin eyni ayına nisbətən 2,3 faiz artaraq 24 milyard dollara çatdığını bildirib.

Yanvar-oktyabr dövründə 10 aylıq ixracat 224,6 milyard dollar, son 12 aylıq ixracat isə 270,2 milyard dollar təşkil edib.

Oktyabr ayında mal idxalı isə ötən ilin eyni ayına nisbətən 6,6 faiz artaraq 31,4 milyard dollar olub.

Beləliklə, həmin dövrdə xarici ticarət kəsiri 24 faiz artaraq 7,4 milyard dollar səviyyəsində qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram