“VF AzərKredit”dən bilik, bacarıq və təcrübəsinə güvənənlər üçün iş imkanı! | Banco.az

“VF AzərKredit”dən bilik, bacarıq və təcrübəsinə güvənənlər üçün iş imkanı!

“Vijn Fond AzərKredit” MMC Zərdab filialına Kredit Meneceri vəzifəsinə işçi qəbulu elan edir.

Banco.az-ın mikro-kredit təşkilatına istinadən yaydığı məlumata görə, namizədlər iqtisadiyyat, idarəetmə, biznes və ya maliyyə-kredit sahələrində ali təhsilə sahib olmalı və müvafiq sahə üzrə ən azı 2 illik iş təcrübəsinə malik olmalıdırlar.

Vakansiya üzrə müraciət edən şəxslər vəziyyəti düzgün qiymətləndirmək və qərar qəbul etmək, fərdi və komanda şəklində işləmək, ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, eləcə də insanların psixologiyasına bələd olmaq kimi önəmli xüsusiyyətlərə malik olmalıdırlar. Seçim zamanı ingilis dili biliyinə, eləcə də komyuterdə, Outlook, MS Word və Excel proqramlarında işləmək bacarığına malik olan namizədlərə üstünlük veriləcək. Namizədlərə irəli sürülən tələblər arasında sürücülük bacarığının olması tələbi də yer alır. Bundan əlavə, xanım namizədlərin müraciətlərdə aktiv olması tövsiyyə olunur.

Əsas vəzifə və öhdəlikləri:

İdarəetmə sahəsində:

  • Bütün müvafiq məlumatları nəzərdən keçirdikdən sonra fərdi kredit ərizələri üzrə Kredit Komitəsinə uyğun yazılı rəy vermək;
  • Tələb olunan hesabatları hazırlamaq;
  • Prosedur qaydaları ilə tələb olunduğu kimi kredit portfelinin yüksək keyfiyyətini saxlamaq;
  • Meneceri tərəfindən tələb olunanda yığıncaqlarda iştirak etmək;
  • Kredit komitələrinə rəhbərlik etmək;
  • Qızıl qəbulu prosesində iştirak etmək və qızıl qəbulu və qaytarılması aktlarını şirkət adından imza və möhürlə təsdiq etmək;
  • Tabeçiliyində olan heyəti idarə etmək;
  • Tabeçiliyində olan bütün  kredit mütəxəssislərinin müştərilərinə vizitlər etmək;
  • Kredit almış müştərilərin biznesinə və ya evlərində monitorinqlər aparmaq; 
  • Ehtiyac olduqda Filialın menecerini əvəz etmək;
  • İşçilərin İllik qiymətləndirmə prosesində iştirak;
  • Müştəri  və portfelin kəmiyyətini və keyfiyyətini hədəfə uyğun təmin etmək.

Nəzarət sahəsində:

  • Tabeçiliyində olan işçilərin monitorinq planını birlikdə tərtib etmək və planın yerinə yetirilməsinə nəzarət etmək;
  • Qaytarılmayan kreditlər üçün şəxsi məsuliyyət daşımaq və yığım üçün bütün mümkün məsələləri Filial meneceri və Kredit mütəxəssisləri ilə birgə işləyərək həll etmək;
  • Hər hansı bir potensial problem barəsində menecerinə vaxtında məlumat verir, lazımi tədbirlərin görülməsi üçün yarana biləcək istənilən problem barəsində xəbərdarlıq etmək;
  • Vaxtında vizitlər təşkil etmək və kreditin təsdiqinin icrasına nəzarət və dolayı qiymətləndirmək;
  • Məlumat İnformasiya sistemində müştəri ərizəsi əsasında daxil olunan məlumatları yoxlayaraq təsdiqləmək;
  • Məlumat İnformasiya sistemində günlük maliyyə əməliyyatlarını təsdiqləmək;
  • Yeni kredit məhsullarının inkişafına uyğun təyin olunan bazar ərazilərində yeni məlumatı toplanmaq, yığmaq və qiymətləndirmək;
  • Vaxtı-vaxtında ödənişlərin təmin edilməsi üçün mütəmadi olaraq müştəriyə baş çəkərək, müştərilərin biznes inkişafını nəzarətdə saxlamaq və müştərilərin davamlı ehtiyacları üçün biznes məsləhəti və dəstəyini həyata keçirmək;
  • Gözlənilə bilən risklərin aradan qaldırılması, qarşısının alınması yollarını müzakirəyə çıxarmaq və həllinə nail olmaq.

Təşkilatçılıq sahəsində:

Ən sərfəli kredit üçün müraciət et

  • İnformasiyanın yayılması yolu ilə, bazarlara vizit etməklə potensial müştəriləri axtarmaq və müəyyən etmək;
  • Potensial müştəriləri aktiv olaraq kredit götürmə ərizələrini doldurmağa cəlb etmək və onları kredit götürmə prosesi barədə məlumatlandırmaq;
  • Qrupların formalaşmasına yardım etmək;
  • Filialın prosedur qaydalarına əsasən müştərilərin ərizə ilə müraciətini təmin etmək;
  • Müştərinin ödəniş qabiliyyətinə uyğun kredit məhsulu barədə müştərilərə məlumat verərək izah etmək;
  • Hərtərəfli kredit və biznes analizini təhlil etmək;
  • Müştərilərə kreditdən uyğun istifadəni təmin etməyi öyrətmək;
  • Biznes Planın inkişaf etdirilməsində müştərilərə yardım etmək;
  • Kreditin təsdiqi və paylanması üçün lazımi sənədləri hazırlamaq;
  • Vaxtlı-vaxtında ödənişin edilməsinin və ümumiyyətlə ödəniş cədvəlinin əhəmiyyətinin müştəri tərəfindən tam başa düşülməsini təmin etməklə müştərilərə kredit müqaviləsinin bütün şərtlərini izah etmək.

Əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində:

  • Təhlükəsizlik texnikası haqda, mövcud avadanlıqlardan istifadə barədə  təlimatlara əməl etmək;
  • İş prosesində  xəsarət və peşə xəstəliklərinin yaranma halları olduqda , bu barədə rəhbərinə dərhal məlumat vermək və  həmin halların aradan qaldırılması üçün profilaktik tədbirlərdən  istifadə etmək;
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatların tələblərinə riayət etmək;
  • Binanın, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə əməl etmək;
  • İş yerində sanitariya-gigiyena şəraitinin normativlərə əməl etmək;
  • Sanitariya-məişət və müalicə-profilaktik xidmətlərdən istifadə, sığortalanmaya əməl etmək və sığorta xidmətlərindən istifadə barədə təlimatlanmaq və təlimata uyğun hərəkət etmək;
  • Optimal əmək və istirahət rejiminə riayət etmək.

Maraqlanan şəxslər CV-lərini 22 iyun 2014-ci il tarixinədək AzərKredit-in Zərdab filialına (H.Əliyev pr.7) və ya baş ofisinə təqdim etsinlər.

İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləməklə əldə edə bilərsiniz.

Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Zərdab filialına Kredit Meneceri). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

E-ünvan: [email protected]
Faks: (012) 597 30 39

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz: http://banco.az/az/jobs

Ən sərfəli krediti almaq üçün müraciət et