Vətəndaşlar bank hesabındakı pulları oğrulara qapdırmamaq üçün nə etməlidir? | Banco.az

Vətəndaşlar bank hesabındakı pulları oğrulara qapdırmamaq üçün nə etməlidir?

Son illər Azərbaycanın bank sektorunda sürətli inkişaf qeydə alınsa da, zaman keçdikcə bu sahə üzrə fırıldaqçılıq hallarının artdığını da gözardı etməmək lazımdır. Xüsusilə son günlər gündəmdə olan oğurluq halları əmanətlərin təhlükəsizliyi məsələsinə diqqəti yenidən artırıb. Belə ki, bir neçə gün əvvəl vətəndaşlar tərəfindən banklarda saxlanılan külli miqdarda vəsaiti oğurlayan bank işçilərindən ibarət dəstə ifşa olunduqdan sonra bütün fikirlər bankların təhlükəsizliyi məsələsi üzərində cəmlənib. Qeyd edək ki, banklardakı əmanətlərin qorunmasında banklarla yanaşı, vətəndaşlar da məsuliyyət daşıyır. Hətta deyə bilərik ki, vətəndaşların üzərinə düşən məsuliyyət daha çoxdur. Çünki vətəndaş banka əmanət yatırmaqla, bankın üzərinə bir öhdəlik qoyur - əmanətlərinin qorunması öhdəliyini və bu addım həmin vətəndaşın banka etibar etdiyini göstərir. Lakin bu o demək deyil ki, əmanətin yatırıldığı andan etibarən vətəndaş öz pulları üzərində nəzarətə son qoymalı və onu tamamilə bankın öhdəliyinə buraxmalıdır. Fırıldaqçılıq hallarının geniş vüsət aldığı bir vaxtda edilən nəzarətsizlik vətəndaş üçün ciddi problemə çevrilə bilər. Bəs vətəndaşlar pullarının oğurlanmaması üçün nə etməlidir? Aldanmamaq və oğruların hədəfinə tuş gəlməmək üçün nə etməli olduğunuzu bilmirsinizsə, aşağıdakı süjeti izləməklə bu məsələ ilə bağlı fikir sahibi ola bilərsiniz. 

Ən sərfəli kredit üçün müraciət et

Sevinc İbadova/Banco.az