Vergilər Nazirliyində yeni tvinninq layihəsi həyata keçiriləcək | Banco.az

Vergilər Nazirliyində yeni tvinninq layihəsi həyata keçiriləcək

Azərbaycanda 2005-ci ildən vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir və bu müddət ərzində 1 200 nəfərdən çox şəxs işə qəbul edilib. Bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərovun sözlərinə görə, hazırda Nazırlık əməkdşlarının 50%-dən çoxu bu üsulla işə qəbul edilib.

Avropa İttifaqının Azərbaycandakı deleqasiyasının nümayəndəsi Jeron Uillems (Jeroen Willems) isə bildirib ki, Tvinninq Layihəsinin icrası müddətində 30 dövlət qurumu bu layihədən yararlanıb: "Əsasən də qadınların layihə çərçivəsində aktivliyi yüksəlib".

Ən sərfəli kredit üçün müraciət et

Fransa səfirinin müavini xanım Fabyen Droyt Lozinski isə deyib ki, gələn ildə ikinci Tvinninq Layihəsinə start veriləcək: "İspaniyanın müvafiq agentliyi ilə birlikdə biz Azərbaycanda ikinci Tvinninq Layihəsinin reallaşdırılmasına hazırıq".

Mənbə: Report.az