Vergilər Nazirliyi: “Turan”ın hesablarına həbs qoyulması texniki nasazlığın nəticəsində olub | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Vergilər Nazirliyi: “Turan”ın hesablarına həbs qoyulması texniki nasazlığın nəticəsində olub

Vergilər Nazirliyi “Turan” İnformasiya Agentliyinin bank hesablarına həbs qoyulmasına münasibət bildirilib.

Nazirlikdən verilən məlumatda deyilir ki, vergi ödəyiciləri vergi öhdəliklərini vaxtında yerinə yetirmədikdə, onların bank hesablarına Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sərəncam qoyulur: “Bank hesablarına sərəncam qoyulması və qoyulmuş sərəncamın geri götürülməsi Vergilər Nazirliyi ilə banklar arasında bağlanılmış elektron sənəd mübadiləsi haqqında kollektiv sazişin tələblərinə əsasən insan amili olmadan, avtomatlaşdırılmış qaydada və elektron şəkildə həyata keçirilir. Həmin proqram təminatında yaranmış texniki nasazlıq səbəbindən "Turan” İnformasiya Agentliyinin bank hesabına sərəncam qoyulub və dərhal bu nasazlıq aradan qaldırılaraq sərəncam geri götürülüb”.

Mənbə: Report.az