Vergilər Nazirliyi hökumətə yeni qanun layihəsi təqdim edib | Banco.az

Vergilər Nazirliyi hökumətə yeni qanun layihəsi təqdim edib

"Azərbaycan Vergilər Nazirliyi hökumətə yeni qanun layihəsi təqdim edib. Bu qanun qəbul edilsə, ölkəyə gətirilən siqaretlərə elektron möhürlər vurulacaq". Bunu tütünə vergi tətbiqi ilə bağlı keçirilən seminarda Dünya Bankının tütün məhsullarına vergi qoyulmasına görə dünya üzrə koordinatoru Patrisio Markez Vergilər Nazirliyində keçirdiyi görüş haqqında danışarkən deyib.

Ən sərfəli kredit üçün müraciət et

P.Markezin sözlərinə görə, yeni təklifin qəbulu ölkəyə gətirilən siqaretlərin saxta olub-olmadığını bilməyə əsas verəcək: "Onu da qeyd edim ki, bu möhürlər elə olacaq ki, hətta onu mobil telefonlar vasitəsilə də müəyyən etmək mümkün olacaq. Hesablamalarımıza görə, hazırda Azərbaycan Gürcüstan və Ukraynaya nəzərən hər siqaret qutusunda 60 sent itirir".

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et