Vergi ödəyicisinə məxsus əsas vəsaitlərin sənədləşdirilmədən alınmasına görə maliyyə sanksiyası tətbiq edilirmi? | Banco.az

Vergi ödəyicisinə məxsus əsas vəsaitlərin sənədləşdirilmədən alınmasına görə maliyyə sanksiyası tətbiq edilirmi?

Vergi ödəyicisinə məxsus olan əsas vəsaitlərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədləşdirilmədən alınmasına görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilirmi?

Dövlət Vergi Xidmətindən cavab olaraq bildirilib ki, vergi ödəyicisinin sahibliyində və istifadəsində olan əsas vəsaitlərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədləşdirilmədən alınması və ya mədaxil edilməsinə görə məcəllənin 58.8.2-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq olunur.

Belə ki, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin müddəalarına əsasən, malların alışını və ya mədaxilini təsdiq edən müvafiq sənədlər olmadıqda, həmin malların alıcısı olan vergi ödəyicisinə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Ən sərfəli kredit üçün müraciət et

vergiler.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et