Vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat və sənəd mübadiləsinin rahat yolu - elektron kabinet | Banco.az

Vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat və sənəd mübadiləsinin rahat yolu - elektron kabinet

Vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat və sənəd mübadiləsinin təmin edilməsi məqsədilə Vergilər Nazirliyinin informasiya sistemində - İnternet vergi idarəsində yaradılmış fərdi elektron kabinetdən istifadə olunur.

Elektron kabinetdən istifadə üçün vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə forması imzalanmalıdır. Bu müqavilə bağlandıqdan sonra vergi orqanı tərəfindən İnternet vergi idarəsində elektron kabinet yaradılır. Elektron kabinetin aktivləşdirilməsi yalnız vergi ödəyicisi tərəfindən kod-parol vergi orqanından götürüldükdən sonra həyata keçirilir.

Vergi ödəyicisi elektron kabinetə daxil olaraq digər vergi ödəyiciləri ilə də qarşılıqlı sənəd mübadiləsini təmin edə və elektron xidmədlərdən istifadə edə, istifadə edilmiş elektron xidmətin icra müddəti, elektron xidmətin göstərilməsinin gedişatı, elektron xidmətin nəticəsi barədə məlumat ala bilər.

Vergi orqanı tərəfindən elektron kabineti olan ödəyicilərə vergi orqanının təşəbbüsü ilə məlumatların göndərilməsi birmənalı olaraq elektron kabinet vasitəsilə həyata keçirilir. Elektron kabinet vasitəsilə sənədlər (onların surətləri) və məlumatlar vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra, vergi ödəyicisi tərəfindən elektron üsulla vergi orqanına göndərildikdə - elektron üsulla göndərildiyi gün lazımi qaydada çatdırılmış sayılır.

Ən sərfəli kredit üçün müraciət et

Vergi ödəyicisinin elektron kabinetinə daxil olan məlumatlarla müəyyən dövr ərzində vergi ödəyicisi tanış olmadıqda, vergi administrasiyası tərəfindən həmin şəxsin mobil nömrəsinə xatırladıcı xarakterli xəbərdarlıq SMS-ləri göndərilir.

Elektron kabinetdən istifadə nəticəsində vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinin effektivliyinin artırılması və ənənəvi üsulla kağız daşıyıcılarında sənədlərin göndərilməsi ilə müqayisədə vaxt və resurs itkilərinin qarşısı alınmış olur.

Ən sərfəli krediti almaq üçün müraciət et