Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu il avqustun 1-i tarixinə 1 470 553 vergi ödəyicisi uçotda olub.
Banco.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən il avqustun 1-i ilə müqayisədə 7,3% çoxdur.
Vergi ödəyicilərinin 87,3%-i fiziki şəxslər, 12,7%-i isə hüquqi şəxslər və digər təşkilatlar olub. Son 1 ildə fərdi sahibkarların sayı 7%, təşkilatların sayı isə 9,3% artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!