Müəllif Aida İsaq, Banco.az
Növbəti 20 il ərzində yalnız ABŞ-da nəsildən-nəslə təxminən 84 trilyon dolların keçəcəyi gözlənilir.
Bununla belə, varlı şəxslərin təxminən 41%-i pullarını gənc nəslə necə ötürəcəklərini bilmədiklərini vurğulayıb. Banco.az xəbər verir ki, aparılan araşdırmalara görə bir çox investorların sərvətlərinin uğurlu transferini təmin etmək üçün lazım olan tədbirləri görmədikləri məlum olub.
Zənginlər də eyni problemdən şikayətlənirlər. Onların 76%-i aktivlərin ötürülməsində problem yaranacağından qorxur. Təxminən 71%-i faiz miras vergilərini minimuma endirməyə çalışır. 70%-i isə varislərinin həmin pulları prespektivli formada xərcləməsi ilə bağlı narahatdır.
Bir çoxları pulun ədalətli bölgüsündən də narahatdırlar. Hamı öz sərvətini bərabər bölüşdürməyi planlaşdırmır. Eyni zamanda, 46% ailə pul mövzusundan qaçır.
UBS Qlobal Sərvət İdarəçiliyinin prezidenti İqbal Xan bildirib ki, planlı formada addımların atılmaması gələcəkdə daha ciddi problemlərə səbəb ola bilər.
“İnvestorların əksəriyyəti miras prosesinin problemsiz reallaşmasını istəsə də, düzgün formada planlaşdırılmanın aparılmaması onlara baha başa gələ bilər. Eyni zamanda prosedur böyük ailə münaqişələrinə gətirib çıxaracaq"
Bizi sosial şəbəkələrdən izləyin!!