Varlanmağın ən asan olduğu ölkələr hansılardır? | Banco.az

Varlanmağın ən asan olduğu ölkələr hansılardır?

Bərabərliyə dəyər verilən cəmiyyətlərdə çox kasıb və çox varlı insanlar olmur.  Məsələn, skandinaviyalı zəngin insanların çoxu verdiyi müsahibələrdə təxmini eyni sözləri deyir:

“Skandinaviyada yaşamaq çətindir. Pul qazanmaq üçün digər insanlardan daha çox işləmək məcburiyyətindəyik. Çünki vergilər yüksəkdir. Həmkarlar ittifaqları işçilərin maaşlarını müəyyənləşdirməkdə böyük rol oynayır. Dövlətin dəstəyi isə insanları işləmək mövzusunda tənbəlləşdirir”.

Bəs bərabərliyə önəm verməyən və yeganə arzusu varlanmaq olan biri üçün dünyada varlanmaq ehtimalının ən yüksək olduğu yer haradır?

Əgər həyatındakı ən böyük məqsəd milyoner olmaqdırsa, gərək azad bazar və aşağı verginin mövcud olduğu, iqtisadiyyata dövlət müdaxiləsinin ən az olduğu ölkədə doğulasan.

Həmçinin oxu: Dünyanın ən zəngin insanlarının ilk biznesi nə olub? 

Əvvəlcə zənginlik anlayışını dəqiqləşdirək.

BMT yoxsulluq həddinə dair müxtəlif meyarlar müəyyən edir. Təxminən gündə 1 dollar və ya 2 dollardan az qazanmaq və s.. Zənginlik həddi ilə bağlı ən dolğun hesabat 2014-cü ilin tarix sərvət hesabatıdır. Bu hesabata görə, 30 milyon dollardan çox xalis aktivi olan insanlar varlı adlanır.

Hesabata əsasən, dünyada 170 000 şəxsin ən az 30 milyon dollarlıq sərvəti var.

Ölkə cəhətdən baxsaq, ilk beşliyə Çin, İngiltərə, Almaniya, Yaponiya və ABŞ daxildir. ABŞ-da 30 milyon dollardan çox pulu olan 40 000 insan yaşayır.

Ən sərfəli kredit üçün müraciət et

Adambaşına düşən varlı sayı daha çox faktı aydınlaşdırır. Kipr, Monako, Sinqapur, 

İsveçrə, Honq Konq kimi vergi cənnətlərini bir kənara qoysaq, 179 varlısı ilə Danimarka və ardıcıl olaraq Kanada, Yeni Zelandiya, İsveç və Norveç ilk beşlikdə qərarlaşıb.

ABŞ isə 13-cü yerdədir. Bəs onda bir sıra professorların “sosial-demokratik rifah ölkələrində varlı insanlar yoxdur” sözü necə olsun? ABŞ kimi zənginliyin sərhəd tanımadığı ölkələrdə 30 milyon dollarlıq varidat heç nədir.

Həmçinin oxu:  Yüksək vergi ödəmək istəyən milyarderlər  

Zənginlik həddini 30 milyondan 1 milyard dollar çıxardaq. Bu mövzuda ən etibarlı mənbə “Forbes”dir. “Forbes”in məlumatına görə, bir ölkədə yaşayan milyarder sayı ilə ölkədə yaşayan bir milyon insan arasındakı nisbət belə bir mənzərə yaradır:

Almaniya: 1,2 milyarder/ 1 milyon adam

ABŞ: 1,7 milyarder / 1 milyon adam

Norveç: 2 milyarder / 1 milyon adam

İsveç: 2,4 milyarder / 1 milyon adam

İslandiya: 3,1 milyarder / 1 milyon adam

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et