Bu gün hərracın nəticəsində dollar 1,7220 manatadək bahalaşıb.
Hərracdan sonra banklar dolların məzənnəsinə dəyişiklik edib.
Beləliklə, “Bank of Baku” və “Atabank” dolların həm alışını, həm satışını 1 qəpik bahalaşdırıb: “Bank of Baku” alışı 1,7000 manatdan 1,7100 manatadək, satışı 1,7400 manatadan 1,7500 manatadək; “Atabank” alışı 1,6800 manatdan 1,6900 manatadək, satışı 1,7400 manatdan 1,7500 manatadək.
“Unibank” yalnız dolların alış məzənnəsini bahalaşdırıb: 1,6800 manatdan 1,7100 manatadək.
“PAŞA Bank” və “Muğanbank” əksinə dolların satışını ucuzlaşdırıb: “PAŞA Bank” 1,7450 manatdan 1,7400 manatadək, “Muğanbank” 1,7350 manatdan 1,7300 manatadək.
10:38
Bu gün ölkənin bir neçə bankı valyutanın satış və alış qiymətlərində dəyişiklik edib.
Səhər saatlarında banklar 1 dolları 1,6550 manatdan baha alır, 1,7250 manatdan da yüksək satır.
Araşdırmaya əsasən, dünən axşam saatları ilə müqayisədə “Günaybank” dolların alışını bahalaşdırıb, satışını ucuzlaşdırıb: alışı 1,7000 manatdan 1,7100 manatadək, satışı 1,7280 manatdan 1,7350 manatadək.
“NBC Bank” həmçinin dolların alışını bahalaşdıraraq satışını ucuzlaşdırıb: alış 1,6800 manatdan 1,6950 manatadək, satış 1,7400 manatdan 1,7350 manatadək.
“Pakistan Milli Bank”ının Bakı filialı dünənin axşam saatları ilə müqayisədə yalnız dolların alışını ucuzlaşdırıb: 1,6800 manatdan 1,6700 manatadək. “VTB Bank Azərbaycan” isə dolların alışını 1 qəpik bahalaşdırıb: 1,6600 manatdan 1,6700 manatadək.
“Naxçıvanbank” isə yalnız dolların satış məzənnəsini 2 qəpik bahalaşdırıb: 1,7300 manatdan 1,7500 manatadək.
Mənbə: Fins.az