Valyuta hərracına əlavə dollar çıxarıldı | Banco.az

Valyuta hərracına əlavə dollar çıxarıldı

Bu gün valyuta hərracında Neft Fondunun çıxartdığı 35 milyon dollardan əlavə, 20 milyon 140 min dollar da satılıb. 

Bununla da hərracda ümumilikdə 55 milyon 140 min dollar satılıb. 

Hərracın nəticəsinin də rəsmən bu qədər gec elan edilməsinə səbəb məhz sonradan çıxarılan 20 milyon dolların satılması olub.

Bank dairələrindəki mənbələr bildirirlər ki, bugünkü hərracda banklar 35 milyon dolları tənzimləyicinin düşündüyündən daha aşağı məzənnə ilə alıblar. 

Çünki banklarda dollar bolluğudu, üstəlik, əhali əlindəki dolları aktiv şəkildə satmağa başlayıb. 

Ən sərfəli kredit üçün müraciət et

Bir sözlə, bazarda dollara tələbat minimuma enib. Nəticədə dolların məzənnəsi çox aşağı düşüb.

Bu zaman tənzimləyici təcili surətdə daha 20 milyon dollar hərraca çıxardıb və Azərbaycanın ən iri kommersiya banklarına həmin məbləği daha yüksək məzənnəyə almaq tapşırılıb. 

Nəticədə manatın orta məzənnəsi sonda, rəsmi şəkildə açıqlanan 1,7279 olub.

Qeyd edək ki, valyuta hərracı “Bloomberg” üzərindən Mərkəzi Bankın nəzarəti altında həyata keçirilir.

Mənbə: Fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et