Vəzifəyə olan tələblər
- İqtisadi sahədə ali təhsilin olması;
- Texniki təchizatla bağlı olan ləvazimatlardan istifadə etmə bacarığı;
- Kargüzarlıq işini bilməsi;
- Azərbaycan, Rus və İngilis dilində sərbəst danışıq bacarığı;
- Səndlərlə düzgün işləmə bacarığı;
- Bu sahədə minimum bir illik iş təcrübəsinin olması;
Əsas vəzifələr
- Filial müdiri və əməliyyat menecerinin iştirakı ilə mövcud qanunvericiliyə uyğun xəzinənin açılması və dəyərlilərin dövriyyə kassasına mədaxil edilməsi;
- Gün ərzində xəzinə üzrə mədaxil məxaric, valyuta mübadilə əməliyyatlarının aparılması zamanı Azərbaycan Respublikası MB-nin qüvvədə olan normativ aktlarına və bankın daxili qayda və prosedurlarına riayət edilməsi;
- Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən , o cümlədən əməliyyatı aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi;
- Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması;
- Əməliyyat gününün sonunda xəzinədəki nəğd pul vəsaitlərinin və digər dəyərlilərin filialın müdiri və baş mühasibinin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurularaq dövriyyə xəiznəsindən saxlanc( fond ) xəzinəsinə yerləşdirilməsi;
- Bankın ona verdiyi əsas vəsaitlərdən: kompyuter, pulsayan avadanlıq və bilavasitə iş prosesində istifadə etdiyi digər avadanlıqların işlək və saz vəziyyətdə saxlanılmadığı haqda şəxsi məsuliyyət daşıması;
CV-ləri xəzinədar mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.