UX&UI dizaynı nədir və hansı unikal özəlliklərə sahibdir? | Banco.az

UX&UI dizaynı nədir və hansı unikal özəlliklərə sahibdir?

Fərqindəsən? – Diqqət mərkəzindəsən. Bugünə qədər etdiyin və bu andan sonra edəcəyin hər bir seçimi analiz ediblər və etməkdədirlər.

Kimlər və nə məqsədlə?

Bugünün ən geniş yayılmış kommunikasiya forması – insan və texnologiya arasındakı kommunikasiyadır. Texnoloji dünya ilə kommunikasiyanı isə məhz UX dizaynerlər dizayn edirlər.

Yeni dövrün fenomenləri; Süni İntellekt, Artırılmış və Virtual Reallıq bizim texnologiya ilə qarşılıqlı əlaqəmiz üçün yeni dizayn həlləri tələb edir. Bu isə UX&UI dizaynı bugünün və sabahın ən önəmli ixtisaslarından birinə çevirir.

Bir dəqiqəəə… çox intriqalı səslənir də, amma UX&UI nədir ümumiyyətlə?

 – Qısaca, UX dizayn nə hiss etdiyin, UI dizayn isə nə gördüyün haqqındadır. Daha yaxşı anlamaq üçün nar və bananı səhnəyə dəvət edək: Görünüşcə (UI) nar daha gəşəngdir, amma onu kəsmək və üstünə ləkə salmadan yemək səy tələb edir. Bananın isə “qablaşdırma”sı tam rahatdır (UX), və soyub yemək üçün taxta, bıçaq və qaba ehtiyac yoxdur. Sadalanan “rahatlıq” və “estetikliyi” bir araya gətirən şəxslər isə məhz UX&UI dizaynerlərdir (Sadəcə onlar meyvələri yox, insan və texnologiya arasında qarşılıqlı əlaqəni dizayn edirlər:)). Burada sən və mənim – “istifadəçilər”in istifadə təcrübəsi rahat forma alır və nəticədə biz prosesdən məmnun qalırıq. Məhz bu müştəri məmnunniyyəti və istifadəçi təcrübəsinin rahatlığını isə UX dizaynerlər dərin araşdırmalar və təcrübələr keçirib reallaşdırırlar.

UX&UI dizaynın unikal özəlliyi var:

Bu sahə özündə psixologiya, sosiologiya, texnologiya və vizual dizaynı birləşdirir. Yəni müəllim, psixoloq, mühəndis və ya digər sahədə işlədiyindən asılı olmayaraq, UX&UI dizayn sferasına keçid etmək şansın var. Çünki bu sahədə əsas bacarıq insanlarla empatiya qurmaq və onları anlamaqdır – Bu isə hər birimizin həyat boyu topladığımız təcrübənin bir hissəsidir.

Gəl, bu dəfə məhsulun UX dizaynının real həyata tətbiqinə aid misalı Azərbaycandan gətirək:

Tanış ol, Bəhram Hikmət – UX dizaynın imkanları ilə Azərbaycan cəmiyyətinə fayda vermək arzusunda olan bir gənc.

Bu yaxınlarda onun Bakı Dizayn Akademiyasındakı Diplom Müdafiəsi zamanı təqdim etdiyi layihə KİV-lərdə müzakirə mövzusu oldu. Gəlin layihəyə biraz yaxından baxaq.

Yollardakı tıxac problemi hər birimizə tanışdır…

Son həftə ərzində nəqliyyatdan azı 4 dəfə istifadə etmisən. Nəqliyyat yalnız A nöqtəsindən B nöqtəsinə getmək üçün alət deyil. O, bugünün ən fundamental kommunikasiya vasitəsidir. Bu vasitə sənin üçün yetərincə rahatdır? 90% hallarda cavab mənfidir. – Bax burada söhbətə UX girir. :)

Ən sərfəli kredit üçün müraciət et

Bəhram Bakıkart adlı mobil tətbiqi yaratmağa qərar verdi. O sən və mənim nəqliyyat təcrübəmizin keyfiyyətini artırmaq üçün bir araşdırma apardı. Nəticə olaraq, tıxacların əsas səbəbkarlarından olan – şəxsi avtomobillər və taksi xidmətlərinin istifadəsinin dolayı yolla azalması üçün Bakıkart tətbiqini düşündü.

Bəhramın hazır etdiyi məhsulun bəzi özəllikləri:

  • Bu kart həm onlayn həm də fizikidir: yəni kartın itirmək, yanında daşımaq və s. kimi problemləri yoxdur.
  • Bakıkart balansının artırılması maksimum rahat və sürətlidir.
  • Yeni kart vasitəsilə sən yaxınlarının kartına balans köçürə bilirsən.
  • Bu tətbiq vasitəsilə nəqliyyat qrafiklərinə və avtobusların real zamandakı yerləşməsinə öz telefonundan rahat baxa bilirsən.
  • Yaxınlaşan avtobuslarda təqribi insan sayını öyrənə bilirsən.

Tətbiqin digər özəllikləri, işləmə funksiyası və detalları ilə bu linkdə tanış ola bilərsən: BakıKart. Bu həll olunan problemlər bəzilərinizə çox spesifik səslənə bilər. “Bəs tıxac problemi həll olunmur axı…” deyə bilərsən – Bir detalı nəzərə alaq, istənilən davamlı problemin kökündə keyfiyyəti aşağı salan və vaxt aparan xırda proseslər dayanır. Riyazi misallardakı kimi: Bəzən doğru cavaba çıxmaq üçün misalın ən əvvəlində kiçik səhvi tapmaq kifayət edir.

Təbii ki, ölkəmizdə ictimai nəqliyyatda mövcud problemlər bir-biri ilə əlaqəli bir çox əksiklikdən qaynaqlanır. Bunun həllində bir neçə qurumun birlikdə fəaliyyəti məcburidir.

Amma etiraf edək,

Gənclərin bu kimi problemlər üçün həll yolları düşünməsi və bunu müasir dövrün alətlərindən – UX&UI-dan istifadə edərək etməsi; Azərbaycan cəmiyyətinin gələcəyi haqqında bizdə çox xoş gözləntilər formalaşdırır. :)

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et