Uorren Baffet 5,3 milyard dollarlıq səhmlərini xeyriyyə təşkilatlarına bağışladı | Banco.az

Uorren Baffet 5,3 milyard dollarlıq səhmlərini xeyriyyə təşkilatlarına bağışladı

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikalı milyarder Uorren Baffet 5,3 milyard dollar dəyərində "Berkshire Hathaway" şirkətinin səhmlərini beş xeyriyyə təşkilatına bağışlayıb.

Banco.az xəbər verir ki, bu, Baffetin ən böyük illik ianəsi olub.

Ümumilikdə 9,93 milyon səhm Bill və Melinda Qeyts Fonduna, qalanı isə investorun mərhum birinci həyat yoldaşının adını daşıyan Syuzan Tompson Baffet Fonduna və onun uşaqları Hovard, Syuzan və Piter Baffetin rəhbərlik etdiyi üç xeyriyyə təşkilatına bağışlanıb.

Qeyd edək ki, 2006-cı ildən bəri iş adamı hər il “Berkshire” səhmləri şəklində xeyriyyəçilik üçün böyük məbləğdə vəsait bağışlayır. Bu müddət ərzində adı çəkilən beş fond B sinifli səhmlərdə 55 milyard dollar alıb (qəbul anındakı qiymətlərə görə).

Ən sərfəli kredit üçün müraciət et

Avqustda 94 yaşı tamam olan Buffet sərvətinin 99 faizdən çoxunu xeyriyyəçilik işlərinə qoyub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et