"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir | Banco.az

"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir

"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:

 Daxili bazar

    • 26 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040109 ISIN-li, 55 mln. manat həcmində, 1092 gün (qalıq 938 gün) olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərrac zamanı 23 investor tərəfindən qiymət intervalı 96,5083(9.5234%) manat və 101,5843 (7.5213%) manat olan 43 sifariş təqdim edilmişdir. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100,2277 (8.0437%) manat, orta ölçülmüş qiyməti 100,6856 (7.8664%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 141,632,400 manat, yerləşdirilmiş həcmi isə 55,000,000 manat təşkil edilmişdir.
    • AR Mərkəzi Bankının keçən həftə keçirilən 1 aylıq notlarının yerləşdirilməsi üzrə hərraclar investorlar tərəfindən təklif olunan sifarişlərin buraxılış şərtlərində Emitent tərəfindən iştirakçı sayı ilə bağlı müəyyən edilmiş tələbə uyğun olmadığından baş tutmamışdır. 3 aylıq notlarda orta ölçülmüş gəlirliliklər 8.21%-dən 8.13%-ə, 6 aylıq notlarda orta ölçülmüş gəlirliliklər 8.20%-dən 8.05%- ə, 9 aylıq notlarda isə 8.49%-dən 8.46%-a düşmüşdür.

Xarici bazar

    • Ötən həftə ABŞ-da şəxsi gəlirlər və şəxsi xərc göstəriciləri uyğun olaraq 0,4% olaraq açıqlanıb.Həmçinin inflyasiya göstəricilərindən biri hesab edilən PCE Deflyatoru 3,5% olaraq açıqlanıb.
    • Bu həftə ABŞ-da Təchizat İdarəetmə İstehsalat İnstitutu (İSM manufacturing), Təchizat İdarəetmə Xidmətləri İnstitutu (İSM Services) və İşsizlik səviyyəsi ilə bağlı vacib məlumatlar açıqlanacaq.
    • Avrozonada sentyabr ayı üçün aylıq inflyasiya 0,3% olaraq açıqlanıb. Qeyd edək ki, əvvəlki ay üçün olan göstərici və gözlənti 0,5% idi. Təxmin edilən illik inflyasiya isə gözləntidən (4,5%) daha az 4,3% olaraq açılanıb.
    • Bu həftə Avrozonada vacib məlumatlar içərisində işsizlik səviyyəsi açıqlanacaq. Qeyd edək ki, avqust ayı üçün olan bazar gözləntisi əvvəlki ay üçün olan göstəricidən (6,4%) fərqlənmir.
    • Keçən həftə Böyük Britaniyada vacib göstəricilər içərisində olan ÜDM açıqlanıb. Qeyd edək ki, 2-ci rübün sonu üçün bu göstərici gözləntilərin (0,4%) əksinə olaraq daha çox 0,6% olaraq açıqlanıb.
    • Türkiyədə keçən həftə vacib məlumatlar içərisində avqust ayı üçün olan ticarət balansı açıqlanıb. Əvvəlki aya nisbətən (- 8,9 milyard ABŞ dollarından) bu göstərici azalaraq - 8,6 milyard dollar təşkil edib.
    • Türkiyədə bu həftə vacib məlumatlar içərisində inflyasiya səviyyəsi açıqlanacaq. Bazar sentyabr ayı üçün illik inflyasiyanın 58,94%-dən artaraq 61,6% olacağını proqnozlaşdırır.

      Bizi sosial şəbəkələrdən izləyin!!

      Ən sərfəli kredit üçün müraciət et

      Facebook

      Instagram

      Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et