Ukraynanın dövlət borcu daha 1 milyard dollar artıb | Banco.az

Ukraynanın dövlət borcu daha 1 milyard dollar artıb

Müəllif:Ayşən İmanova/Banco.az

İyun ayında Ukraynanın dövlət borcu 1 milyard dollardan çox artaraq, ümumi həcmi 152 milyard dolları ötüb.

Banco.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

“30 iyun 2024-cü il tarixinə Ukraynanın dövlət və dövlət zəmanətli borcu 6 167,97 milyard qrivna və ya 152,16 milyard dollar təşkil edib”, - deyə departamentin saytında yerləşdirilən borc məlumat sənədində deyilir. 

Qeyd olunur ki, dövlət borcu ümumi borcun 94,85%-ni, dövlət zəmanəti ilə olan borclar isə 5,15%-ni təşkil edir.

Digər tərəfdən, Ukraynanın büdcə kəsiri artıq ikinci ildir ki, rekord səviyyədədir. Proqnozlara görə, 2024-cü ildə bu kəsir 43,9 milyard dollar təşkil edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et