Müəllif - Aida İsaq, Banco.az
Avropa Komissiyası Ukraynadan taxılın Şərqi Avropanın beş ölkəsinə ixracına qadağa qoyub.
Banco.az xəbər verir ki, həmçinin kənd təsərrüfatı məhsulunun Aİ-nin digər ölkələrinə tranzitinə və ixracına icazə verilib. Bu barədə Avropa Komissiyası məlumat yayıb. Qeyd olunur ki, müvafiq tədbirlər planı 2023-cü il mayın 2-dən iyunun 5-dək qüvvədə olacaq. Beləliklə, qeyd olunan müddət ərzində Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyadan başqa bütün Aİ ölkələrində Ukraynaya məxsus buğda, qarğıdalı, günəbaxanın sərbəst satışı həyata keçirilə bilər.
Qeyd edək ki, daha öncə Ukrayna prezidenti Vladimir Zelenski Aİ-ni Ukrayna kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyulması ilə bağlı vəziyyətə müdaxilə etməyə çağırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!