Ukrayna hökuməti birtərəfli qaydada MDB Dövlət Başçıları Şurası və Hökumət Başçıları Şurası nəzdində Məsləhətverici İqtisadi İşçi Komissiyasının yaradılmasına dair sazişdən çıxıb.
Bu, ölkənin Nazirlər Kabinetinin fevralın 13-də keçirilən iclasında baş verib.
Saziş 1992-ci il oktyabrın 9-da Bişkekdə imzalanıb və tərəfləri kimi Ukrayna, Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistan çıxış edib.
Qeyd olunub ki, sənəd dövlətlər arasında sosial-iqtisadi əməkdaşlığın inkişafı üçün təkliflərin hazırlanması, habelə təsərrüfatın konkret sahələri üzrə çoxtərəfli həllərin həyata keçirilməsi məqsədilə imzalanıb.
report.az