Müəllif: Tamara Mustafayeva, Banco.az
Ukraynanın iqtisadiyyat naziri Yuliya Svırıdenko bəyan edib ki, Ukrayna və Türkiyə azad ticarət sazişini ratifikasiya etməyə hazırdır.
Banco.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, azad ticarət sazişinin 2024-cü ilin əvvəlində qüvvəyə minəcəyi gözlənilir.
“Azad ticarət sazişi logistika problemlərini həll edəcək, müharibə şəraitində Ukrayna ticarətinin inkişafına töhfə verəcək və eyni zamanda Türkiyədəki tərəfdaşlarımız üçün Ukraynada yeni imkanlara yol açacaq”, - deyə Yuliya Svırıdenko bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!