Müəllif:Mehin Qasımova/Banco.az
Kiyev Dünya Bankının iki proqramı çərçivəsində Tokiodan 118 milyon dollar alıb.
Banco.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin saytında məlumat verilib.
Məlumata görə, Ukraynanın dövlət büdcəsinə Dünya Bankının “Səhiyyə sisteminin gücləndirilməsi və həyatın qorunması” (“Ukraynaya şəfa”) və “Hüquq və imkanların bərpası üçün mənzillərin təmiri” layihələri çərçivəsində Yaponiya hökumətindən geri qaytarılmayan 118 milyon dollar vəsait daxil olub.
Bundan əvvəl Ukraynanın baş naziri Denis Şmıqal Kiyevin Dünya Bankının proqramı çərçivəsində Tokiodan 984 milyon dollar aldığını bildirib.
Ukrayna 2024-cü il üçün 43,9 milyard dollarlıq rekord büdcə kəsirini planlaşdırır. Ölkə hakimiyyəti bunun böyük hissəsini Qərb müttəfiqlərinin köməyi ilə ödəyəcəyini gözləyir.
Bizi sosial şəbəkələrdən izləyin!!