Ukrayna Aİ ölkələrindən təbii qaz və elektrik enerjisi dəstəyi istəyib | Banco.az

Ukrayna Aİ ölkələrindən təbii qaz və elektrik enerjisi dəstəyi istəyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ukrayna Avropa ölkələrindən enerji dəstəyi gözləyir.

Banco.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Avropa İttifaqı (Aİ) ölkələrini Rusiyanın hücumları nəticəsində enerji infrastrukturu ciddi şəkildə zədələnən Ukraynaya təbii qaz və elektrik enerjisi almaq üçün dəstək verməyə dəvət edib.

Zelenski bunu Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) Liderlər Zirvə Görüşündəki videokonfrans vasitəsilə çıxış zamanı dilə gətirib.

Ukraynanın Aİ-nin enerji dəstəyinə ehtiyacı olduğunu qeyd edən Zelenski qış aylarında təxminən 800 min avro dəyərində elektrik enerjisi alınmalı olduğunu bildirib.

Ən sərfəli kredit üçün müraciət et

O həmçinin Aİ ölkələrindən Ukraynaya maliyyə dəstəyini davam etdirmələrini istəyərkən Rusiyaya qarşı sanksiyaları da gücləndirməyə çağırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et