Uğursuz olanda etməli olduğunuz qaydalar | Banco.az

Uğursuz olanda etməli olduğunuz qaydalar

Hamımız həyatımız boyu müxtəlif zamanlarda və istiqamətlərdə uğursuz olmuşuq. Təbii ki, hərkəs uğurlu olmaq istəyir. Amma müvəffəqiyyət kimi müvəffəqiyyətsizlik də həyatın qanunlarındandır. Əhəmiyyətli olan uğursuzluqdan sonra nə etdiyimizdir. Bu uğursuzluğun qarşısında əziləcəyik yoxsa ayağa qalxıb təkrar cəhd edəcəyik? Əgər təkrar cəh edib uğurlu olmaq istəyiriksə bəzi mövzulara diqqət yetirməyimiz lazımdır.

1) Başqasını günahlandırmaq: Müvəffəqiyyətli olmayan insanların ən sıx müraciət etdiyi davranışdır. Təbii ki, uğursuzluğa səbəb olan xarici faktorlar vardır amma nəticəni sadəcə bunlara bağlamaq lazım deyil. Qəbahəti başqasında axtaranda insan özünü rahatlada bilir amma bu nəticə dəyişməz.

2) Analiz etmək: Obyektiv bir tərzdə, istənilən nəticənin əldə edilməsinin səbəblərini ortaya qoymaq lazımdır. Bu səbəblər vurğulanmazsa lazımi düzəltmələr də edilə bilməz.

Ən sərfəli kredit üçün müraciət et

3)Üslubunu dəyişdir: Eynşteynin dediyi kimi eyni üsulları sınayaraq fərqli nəticə gözləmək müdrik deyil. Ona görə də uğursuzluğa aparan davranışlardan uzaq durmalı və fərqli üsullar istifadə olunmalıdır.

4) Daha məhsuldar işlə: İşləmədən uğur gözləmək xəyalçılıqdır. Çox işlədiyiniz halda uğursuz olursunuzsa, bu çalışmanın məhsuldar bir çalışma olmadığı ortaya çıxar. Məhsuldar çalışma üsulları öyrənmək lazımdır.

5) Uğursuzluqdan qorxma: Uğursuz olma qorxusu stresə yol açar və performansı aşağı salır. Müvəffəqiyyətə  diqqət motivasiyanı təmin edər.

Ən sərfəli krediti almaq üçün müraciət et