Uğur nə qədər pul qazanmağınla deyil, vaxtını necə idarə etməyinlə ölçülür | Banco.az

Uğur nə qədər pul qazanmağınla deyil, vaxtını necə idarə etməyinlə ölçülür

Mən bu gün Bobson Kollecində tələbələrimdən birinin fikirlərini alt-üst etdim.

Çox insan kimi o da inanır ki, uğur – insanın nə qədər çox pula sahib olması və ya qazanması ilə ölçülür. Amma bu meyarla götürsək, dünyadakı heç bir insanı uğurlu hesab etmək olmaz.

Bill Gates – The Economic Times jurnalına əsasən xalis sərvətinin miqdarı 86 milyard dollar təşkil edir – çox güman ki, dünyada hazırda ən çox pula sahib insandır. Amma mən şübhə edirəm ki, o il ərzində ən çox qazanan insandır.

Bu nominasiyada birincilik çox güman ki, hec fond menecerlərinə məxsusdur. Məsələn, Ray Dalionun idarəçiliyi altında Bridgewater Associatesin 120 milyardlıq aktivi var. Forbes jurnalına əsasən, o ötən il şəxsi qazanclarına 3 milyard dollar əlavə edə bilmişdir. İl ərzində ən çox qazanan insandır.

Amma əgər sən düşünürsən ki, uğur  - həm ən çox pula sahib olmaqda və həm də il ərzində ən çox əməkhaqqı almaqda (qazanmaqda) özünü göstərir, onda bu tərifə əsasən nə Gates, nə də Dalio uğurlu insanlar deyil.

Ona görə də yüksək var dövlətə və ya illik gəlirə can atmaq yalnız o zaman uğur hesab olunur ki, sən hər il qalib gəlməkdə davam edəsən. Əks halda, sən nail olduqlarından həzz almaq əvəzinə, necə Nömrə 1 olmaq haqqında düşüncələrlə vaxt itirirsən.

Qısa şəkildə desək, siz zirvəyə yüksəlməyənə qədər, neqativ mənzərə dəyişməyəcək.

Məhz bu səbəbdəndir ki, qət etdiyim bu yolda, mən uğurun başqa bir tərifini tapdım – uğur sənin öz vaxtını necə keçirməyinə nəzarət etməkdir – bununla da tələbəmin fikrini bu səhər dəyişdim

Sadəcə daha aydın olsun deyə bildirirəm ki, mən heç də yoxsulluğu tərənnüm etmirəm. Əslində, mən inanıram ki, vaxta nəzarət etmək o insanlar üçün uğur hesab oluna bilər ki, onlar artıq ödənişləri necə ödəməklə bağlı heç bir narahatlıq keçirmir və pula görə narahat olmayacaq qədər qazanıblar.

Bir çox insanlar heç vaxt o, maliyyə təhlükəsizliyi səviyyəsinə yüksələ bilmir. Amma mən həm də inanmıram ki, gələcək öhdəliklərini qarşılamaq üçün mütləq şəkildə 80 milyard dollarlıq var dövlət səviyyəsinə yüksəlmək lazımdır.

Əgər siz həmin yersə sevdiyiniz işi görərək yüksəlirsinizsə və bu sizi xoşbəxt edirsə, onda mən sizi uğurlu hesab edirəm.

Lakin siz yaxşı əməkhaqqı aldığınız, amma özünüz səfil kimi hiss etdiyiniz bir işdə işləməklə həmin zirvəyə yüksəlmək və orda qalmağa davam etmək istəyirsinizsə, onda dayanmalısınız. Dayanın və siçanlar üçün olan bu tələdən çıxıb, özünüzə sual verin, bəs əslində siz öz həyatınızla nə etmək istəyirsiniz.

Mənim tələbəmə məsləhətim belə idi, mən ondan xahiş etdim ki, keçmişdə gördüyü işləri yada salsın. Hansı iş ona zövq verirdi, hansı isə ona maraqsız gəlirdi. Bu özünü qiymətləndirməyə əsaslanaraq, mən ona təklif etdim ki, hansı işlə məşğul olmaq istəyəcəyi barədə bir neçə ehtimal irəli sürsün.

Sonra o, bu ehtimalları 3 testdən keçirtməli idi:

  • Mən bu işi dəlicəsinə istəyirəmmi?
  • Mən bu iş üzrə dünyada ən yaxşılardan biriyəmmi?
  • Bəs, bu bazar məni bu işə görə kifayət qədər kompensasiya edəcəkmi?

Sonra mən tələbələrə məsləhət gördüm ki, onlar həmin sahədən olan isanlar ilə məlumat xarakterli müsahibələr təşkil etsinlər. Müsahibə almaq cəhdlərində onlar müxtəlif ekspertlər ilə əlaqələr quracaq ki, bu da onlar üçün çox dəyərli təcrübə olacaq.

Belə bir intervüyə nail olsalar, onlar bu tip suallar verə bilər (yuxarıdakı üç sual əsasında).

  • Sizin kompaniyada həqiqətən öz işini dəlicəsinə sevən isanlar varmı? Onları sadəcə öz qəbzlərini ödəmək üçün orda olan, yəni sadəcə əməkhaqqı xətrinə işləyən insanlardan nə fərqləndirir? Onlar nəyi fərqli şəkildə edir?
  • Sizin sahənizdə, həqiqi talantlı insanları, sadəcə səriştəli insanlardan fərqləndirən başlıca keyfiyyətlər hansılardır?
  • İnsanların bu sahədə aldıqları əməkhaqqı (təzminat və digər ödənişlər) qənaətbəxşdir ya məyusedici? Sizin şirkətdə aldıqları əməkhaqqının adələtli olduğunu düşünənlər ilə yerdə qalanlar arasında fərq nədədir?

Əgər tələbələr 10-15 belə intervü keçirə bilsələr, onda özləri üçün müəyyən edə biləcəklər ki, həmin sahədə işləməklə xoşbəxt ola bilərlər, ya yox?

Hətta daha yaxşı olar ki, bu intervülər sonradan həmin gənclərin həmin kompaniyada staj (təcrübə) keçməsi ilə nəticələnsin, onda gənclər özlərini həmin mühitin daha dərinliklərində görə biləcək.

Mənim düşüncəmdə, tələbələrim yalnız o zaman uğurlu ola bilər ki, onlar öz işlərində özünü xoşbəxt görsün. Bu iş onları həyəcanlandırsın, həmin sahədə bacarıqlı olsunlar və bazarda müsbət mükafatlandırılsınlar.

Mən Gates və ya Daionu tanımıram, amma belə görünür ki, onlar öz vaxtlarının necə keçirdiklərinə yaxşı nəzarət edirlər – pul isə sadəcə bu minvalla gələn gözəl bir nemətdir.

Mənbə : http://www.businessinsider.com/success-is-about-time-not-money-2015-2#ixzz3l1kk1NPX