Tramp: Rusiya ilə razılaşma olmasa, tarifləri artıracağıq | Banco.az

Tramp: Rusiya ilə razılaşma olmasa, tarifləri artıracağıq

Müəllif:Mehin Qasımova,Banco.az

"Rusiyadan qətiyyən razı deyiləm. Əgər 50 gün ərzində (Ukrayna ilə) razılığa gəlməsələr, biz tarifləri 100 faiz artıracağıq".

Banco.az xəbər verir ki, bunu ABŞ prezidenti Tramp bildirib.

ABŞ-ın bu silahları istehsal edəcəyini və NATO müttəfiqlərinin xərclərini qarşılayacağını izah edən Tramp Ukraynaya silah göndərmək barədə razılıq əldə etdiyini vurğulayıb.

“Biz NATO-nun koordinasiya etdiyi yüksək səviyyəli silahları (Ukraynaya) göndəririk”, - ABŞ prezidenti Tramp bildirib.