Dünya bazarında neft ucuzlaşıb | Banco.az

Dünya bazarında neft ucuzlaşıb

Çərşənbə axşamı neftin qiyməti ABŞ prezidenti Donald Trampın Rusiyaya təzyiq göstərmək üçün yeni planını elan etməsindən sonra ucuzlaşmağa davam edib. Trampın açıqladığı addımlara investorların qorxduğu Rusiyanın neft sektoruna dərhal məhdudiyyətlər daxil deyil.

Banco.az xəbər verir ki, "Brent" markalı neftin sentyabr fyuçersləri Londonun ICE Futures birjasında 0,29 dollar (0,42%) ucuzlaşaraq bir barel üçün 68,92 dollar olub. Bazar ertəsi Brent nefti 1,15 dollar (1,6%) ucuzlaşaraq 69,21 dollar/barel olub.

Bu vaxta qədər Nyu-Yorkun NYMEX əmtəə birjasının elektron hərraclarında WTI markalı neftin avqust fyuçerslərinin qiyməti 0,34 dollar (0,51%) ucuzlaşaraq bir barelə görə 66,64 dollar təşkil edirdi. Əvvəlki sessiyada müqavilənin qiyməti 1,47 dollar (2,1%) ucuzlaşaraq 68,98 dollar/barel təşkil edib.