Ucuz və çoxfunksiyalı Xiaomi yeniliyi turistlərin çox xoşuna gələcək | Banco.az

Ucuz və çoxfunksiyalı Xiaomi yeniliyi turistlərin çox xoşuna gələcək

Bu üç funksiyanı birində birləşdirən cihazdır

Xiaomi şirkəti öz Youpin kraudfandinq meydançasında İdmix markası altında çoxfunksiyalı enerji toplama cihazını təqdim edib.

Bənzər model artıq sentyabr ayında debüt edib. Lakin, daxili batareyanın həcmi eyni -10 000 mA*s olsa da, yeni versiya bir qədər güclüdür.

Yeni məhsul həm xarici batareya, həm enerji toplama cihazı, həm də simsiz şarj stansiyasıdır. Adi enerji toplama cihazı kimi işləmək üçün, yeniliyin korpusunda gizlənən elektrik konnektoru var. Bundan başqa, müxtəlif növ yuvalar üçün taxma başlıqlar da almaq olar.

Ən sərfəli kredit üçün müraciət et

Bu rejimdə cihaz 30 Vt, portativ batareya rejimində 18 Vt, simsiz enerji toplama stansiyası kimi isə 10 Vt güc təmin edir.

Yükləmə korpusunda iki port – bir USB-C və bir USB-A var. Nəticədə yenilik portativ rejimdə eyni zamanda üç qurğunu (biri simsiz rejimdə) yükləyə bilər.

Cihazın qiyməti 52 dollar, yuva üçün başlıq dəstinin qiyməti isə 6 dollardır.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et