Son bir neçə ildə iqtisadiyyatda baş vermiş dalğalanmalar bir neçə iqtisadi termini aktuallaşdırmışdır. Onlardan biri də uçot faiz dərəcəsidir. Son dövrlər tez-tez eşidirik: FED uçot dərəcəsini aşağı saldı, FED uçot dərəcəsi ilə bağlı qərarını açıqladı v.s bu kimi başlıqlı xəbərlər tez-tez qarşımıza çıxır. Bəs uçot faiz dərəcəsi nədir? Onun iqtisadiyyatda rolu nədən ibarətdir? Onun artırılıb-azaldılması iqtisadiyyata hansı şəkildə təsir göstərir?
Bu suallara aydınlıq gətirək.
Uçot dərəcəsi (yenidən maliyyələşmə dərəcəsi) – Mərkəzi Bankın ölkənin digər banklarını pul kütləsi ilə təmin etməsidir. Sadə dillə desək, Mərkəzi bank kommersiya bankları və digər maliyyə təşilatlarına kredit verir, onlar isə öz növbəsində həm adi vətəndaşları (fiziki şəxslər), həm də müxtəlif şirkət və təşkilatları (hüquqi şəxslər) kreditlə təmin edir.
Bəs təcrübədə bu hansı şəkildə baş verir?
Kommersiya bankları Mərkəzi bankdan müəyyən miqdarda götürdüyü krediti, müddətin sonunda əsas məbləğlə yanaşı uçot faiz dərəcəsi ilə birgə geri qaytarmalıdır. Kommersoya bankları isə, Mərkəzi Bankdan götürdüyü krediti uçot faiz dərəcəsi və digər faiz müəyyənləşdirmə ünsürləri ilə birgə təhlil edərək kreditin maya dəyərini, yəni özünün verəcəyi kreditin faizini dərəcəsini müəyyənləşdirir. Məsələn, uçot faiz dərəcəsi 15 faizdir, kommersiya Bankı 15 faizlə götürdüyü krediti 25 faizlə əhaliyə kredit şəkilində verir. Aradakı fərqi kommersiya bankı gəlir olaraq əldə edir.
Uçot dərəcəsinin artıb azalması iqtisadiyyata hansı şəkildə təsir göstərir?
Uçot dərəcəsi ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir. Əgər inflyasiya səviyyəsi yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini yüksəldir, çünki bu şəkildə dövriyyədə olan pul kütləsini tənzimləmək, yəni azaltmaq siyasəti həyata keçirir. Və əksinə, inflyasiya səviyyəsi endikcə, uçot dərəcəsi də endirilir. Bu halda, əhalinin banklardan kredit götürməyi asanlaşır və iqtisadiyyatda canlanma yaranır.
Uçot dərəcəsi aşağı olarsa, müvafq olaraq kredit faizləri aşağı düşür və kredit əhali üçün daha əlçatan olur. Kredit faiz dərəcələri endiyi üçün, əhali daha çox kredit götüməyə həvəs göstərir. Nəticədə, dövriyyədə olan pul kütləsi artır və alış-veriş həcmi artır. Məhsullara olan tələb yüksəldiyi üçün onun dəyəri artır. Bununla bərəbər infilyasiya səviyyəsi də artmağa başlayır. İnflyasiya səviyyəsi yüksəldikcə əhalinin həyat səviyyəsi aşağı düşür.
Bu səbəbdən də, uçot faiz dərəcəsi (yenidən maliyyəşmə dərəcəsi) ölkədə inflyasiya səviyyəsinə təsir etmə aləti kimi çıxış edir. İnflyasiyanı aşağı salmaq üçün uçot dərəcəsi qaldırılır. Nəticədə, kommersiya banklarının təklif etdiyi kreditlər bahalaşmağa başlayır və kredit götürmək əhali üçün sərfəli olmur və ona görə də alıcılıq səviyyəsi aşağı düşür. Əhalidə pul azaldığı üçün, onlar daha az xərcləməyə başlayırlar. Alıcılıq qabiliyyəti düşdüyü üçün, satıcılar məhsulların qiymətini endirməyə başlayrlar. Bu, nəticədə inflyasiya səviyyəsinin enməsinə səbəb olur.
Uçot faiz dərəcəsinin artması milli valyutanın xarici valyutalar qarşısında dəyər qazanmasına səbəb olur. Devalivasiyadan sonra uçot dərəcəsinin artırılması və manatın dəyərinin qorunub saxlanılması buna nümunədir.
Qeyd edim ki, Azərbaycanda uçot dərəcəsinin ən yüksək həddi 2008 və 2016 cı illərdə 15 faizə bərabər olub. İllərə nəzər yetirsəz görərsiniz ki, hər ikisi böhran və böhrandan sonrakı illərdə milli valyutanın dəyər qazanmasına xidmət göstərmişdir. Uçot dərəcəsinin ən aşağı issə 2009 cu ildə 2 faizı bərabır olmuşdur.
Hal-hazırda isə uçot faiz dərəcəsi Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətnin 15.03.2019 cu il tarixli qərarı ilə 9.25 % dən 9 % ə endirilmişdir. Faiz dəhlizinin yuxarı həddi 11%, aşağı həddi isə 7% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilmişdir.
Nüsrət Xəlilov, banco.az