Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da işsizlik müavinəti üçün müraciətlər artıb.
Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi federal hökumətin bağlı olduğu müddətdə açıqlana bilməyən işsizlik müavinəti müraciətlərinə dair bəzi məlumatları dərc edib.
Nazirliyin məlumat bazasına görə, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 18 oktyabrda başa çatan həftədə 232 minə yüksəlib.
Federal hökumətin bağlanmasından əvvəl məlumatların son dəfə yayımlandığı 20 sentyabrda başa çatan həftədə isə işsizlik müavinəti müraciətlərinin sayı 219 min olaraq qeydə alınmışdı.
Davam edən işsizlik müavinəti müraciətlərinin sayı isə eyni dövrdə əvvəlki həftədəki 1 milyon 947 min səviyyəsindən 1 milyon 957 minə yüksəlib.
ABŞ-da 12 noyabrda başa çatan 43 günlük hökumət bağlanması səbəbilə iqtisadi göstəricilər açıqlana bilməmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!
