Türkiyənin xarici ticarət kəsiri ötən ay 42 faiz artıb | Banco.az

Türkiyənin xarici ticarət kəsiri ötən ay 42 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyənin xarici ticarət kəsiri aprel ayında illik 42 faiz artıb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) ilə Ticarət Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanan müvəqqəti xarici ticarət məlumatlarına görə, ölkənin ixracı aprel ayında əvvəlki ilin eyni ayına nəzərən 17,1 faiz azalaraq 19 milyard 331 milyon, idxalı isə 4,8 faiz azalaraq 28 milyard 69 milyon dollar hesablanıb.

Qeyd edək ki, aprel ayında ən çox ixrac həyata keçirilən ölkələrin sırasında 1 milyard 590 milyon dollarla Almaniya, idxalda isə 4 milyard 177 milyon dollarla Rusiya Federasiyası birinci yeri tutub.

Ümumi ticarət sisteminə görə, ixracat yanvar-aprel aylarını əhatə edən dövrdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,0 faiz azalaraq 80 milyard 869 milyon dollar, idxalat isə 7,1 faiz artaraq 124 milyard 313 milyon dollar olub.

Ən sərfəli kredit üçün müraciət et

Bununla da, sözügedən dövrdə Türkiyənin xarici ticarət kəsiri 32,9 faiz artaraq 32 milyard 684 milyon dollardan 43 milyard 444 milyon dollara yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et