Türkiyənin turizm gəlirləri ötən il 8,3 faiz artıb | Banco.az

Türkiyənin turizm gəlirləri ötən il 8,3 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyənin turizm gəlirləri 2024-cü ildə bir əvvəlki ilə görə 8,3 faiz artaraq 61 milyard 103 milyon 419 min dollara çatıb.

Banco.az xəbər verir ki, Türkiyənin turizm gəliri 2024-cü ildə əvvəlki illə müqayisədə 8,3% artaraq 61 milyard 103 milyon 419 min dollara çatıb və rekord səviyyəyə yüksəlib.

Türkiyə Statistika Qurumunun (TÜİK) 2024-cü ilin dördüncü rübü və ümumi turizm göstəricilərinə dair açıqlamasına əsasən, turizm gəliri ötən illə müqayisədə 8,3% artaraq 61 milyard 103 milyon 419 min dollara çatıb və yeni bir rekord qeydə alınıb.

Ziyarətçilərdən əldə edilən turizm gəliri 60 milyard 497 milyon 18 min dollar, transfer səyahətçilərdən əldə edilən gəlir isə 606 milyon 401 min dollar olub.

Ziyarətçilərin ümumi turizm gəlirinin 17%-nin Türkiyəni ziyarət edən xaricdə yaşayan Türkiyə vətəndaşları tərəfindən təmin edildiyi müşahidə edilib.

Bu gəlirin 43 milyard 92 milyon 544 min dollarını şəxsi xərclər, 17 milyard 404 milyon 474 min dollarını isə turpaket xərcləri təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram