Türkiyənin mərkəzi hökumət büdcəsində fevral ayında da kəsir yaranıb | Banco.az

Türkiyənin mərkəzi hökumət büdcəsində fevral ayında da kəsir yaranıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyənin mərkəzi hökumət büdcəsində fevral ayında da kəsir yaranıb.

Banco.az xəbər verir ki, Xəzinədarlıq və Maliyyə Nazirliyi fevral ayı büdcəsinin icrası ilə bağlı hesabatını açıqlayıb.

Hesabatda qeyd olunur ki, sözügedən dövrdə büdcə kəsiri 153,8 milyard TL hesablanıb.

Yanvar ayında büdcədə 150,7 milyard TL kəsir var idi.

Türkiyənin zəlzələ fəlakəti ilə üzləşdiyi 2023-cü ilin fevral ayında isə büdcə kəsiri 170,6 milyard TL təşkil edirdi.

2023-cü ilin fevral ayında büdcə xərcləri 389 milyard 388 milyon lirə olduğu halda, bu ilin eyni ayında 77,2 faiz artaraq 689 milyard 905 milyon lirəyə çatıb. Ötən ilin fevral ayında qeyri-faiz kəsiri 136 milyard 337 milyon lirə olduğu halda, bu ilin eyni ayında 98 milyard 968 milyon lirə olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et