Türkiyənin istixana qazı emissiyaları ötən il 7,7 faiz artıb | Banco.az

Türkiyənin istixana qazı emissiyaları ötən il 7,7 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyənin istixana qazı emissiyaları 2021-ci ildə 7,7 faiz artıb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) 2021-ci il üzrə istixana qazı emissiyaları məlumatlarını açıqlayıb.

Belə ki, 2021-ci ildə ümumi istixana qazı emissiyaları əvvəlki ilə nisbətən 7,7 faiz artaraq 564,4 milyon ton karbon qazı ekvivalentinə çatıb.

Bu dövrdə karbon qazı ekvivalentində ümumi emissiyalarda ən böyük paya 71,3 faizlə enerji ilə bağlı emissiyalar sahib olub ki, ikinci yerdə 13,3 faiz ilə sənaye prosesləri, 12,8 faiz ilə kənd təsərrüfatı və 2,6 faizlə tullantı sektoru gəlir.

Adambaşına düşən ümumi istixana qazı emissiyası 1990-cı ildə 4 ton karbon qazı ekvivalenti olduğu halda, 2020-ci ildə 6,3 ton, 2021-ci ildə isə 6,7 ton karbon qazı ekvivalenti olaraq hesablanmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et