“Türkiyənin iqtisadi və maliyyə sistemi böyük risk qarşısında deyil” – Albayrak | Banco.az

“Türkiyənin iqtisadi və maliyyə sistemi böyük risk qarşısında deyil” – Albayrak

Parisə səfəri zamanı Fransalı həmkarı Bruno le Meirlə (Bruno Le Maire) görüş keçirən Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak 27 avqustda səfərdən qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.

O bildirib ki, hökumət ölkənin iqtisadi və ya maliyyə sistemi ilə bağlı ciddi risk olduğunu düşünmür.

İqtisadiyyatın güclənməsini dəyərləndirən Albayrak, ictimai sektorun borc səviyyəsinin aşağı olduğunu, ev təsərrüfatı üzrə borcluluq səviyyəsinin dünya miqyasında ən aşağı göstəricilər içərisində olduğunu və maliyyə sektorunun tamamilə möhkəmləndiyini vurğulayıb.

“İqtisadiyyatımız sağlam təməllərə sahib olduğu müddətcə biz, Türkiyə iqtisadiyyatı üçün risk olduğunu düşünmürük. Burada əsas məqam çatışmazlıqlarımızı araşdırmaqdır. Bu baxımdan, lazımi struktur islahatları həyata keçirəcəyik,” deyə nazir qeyd edib.

Nazirin sözlərinə görə, Türkiyə iqtisadiyyatı “hər hansı qlobal böhran riskini minimuma endirməyə” imkan verən üç xüsusiyyətə sahibdir .

Ən sərfəli kredit üçün müraciət et

“Hər şeydən əvvəl bizim ictimai sektorun borc səviyyəsi dünya üzrə xalis borc baxımından ən aşağı göstəricilər içərisindədir. Bu sahədə heç bir risk gözlənilmir,” o dedi.

“İkincisi, Türkiyə həmçinin dünya üzrə ən aşağı ev təsərrüfatı borcluluq səviyyəsinə sahib ölkələrdən biridir.”

“Üçüncüsü isə, ölkənin maliyyə sistemi tamamilə möhkəmlənir. Son yaşananlara baxmayaraq, sistem çox yaxşı işləyir. Banklarımızın kapital adekvatlıq əmsalı 16% təşkil edir ki, bu göstərici də Avropanın 8% limitindən olduqca yüksəkdir,” deyə bildirən nazir, “hökumət, bu faktorlar səbəbilə ümumilikdə böyük bir risk olduğunu düşünmür” deyə əlavə etdi.

Albayrak həmçinin vurğuladı ki, hökumət, Türkiyə fond birjaları və milli valyutası lirənin məzənnəsində son zamanlar yaşanan səbatsızlığı sistemi daha da təkmilləşdirmək üçün bir fürsət olaraq dəyərləndirir.

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et