Almaniyanın İqtisadiyyat naziri Peter Almaiter, 26 avqustda etdiyi açıqlamada ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi sanksiya və tariflərdən sonra iqtisadi qeyri-sabitlik yaşayan Türkiyəyə dəstəyini ifadə edib.
Nazirliyin açıq qapı günündə vətəndaşların suallarını cavablandıran Peter Altmaier Türkiyənin Almaniya və Avropa İttifaqı üçün əhəmiyyətini vurğuladı.
“Biz Türkiyə kimi 80 milyon əhalisi olan və 4 milyon qaçqına ev sahibliyi edən bir ölkənin destabilizasiyasını istəyə bilmərik,” o dedi.
Rəsmi Ankara və Vaşinqton arasında hökm sürən siyasi gərginlik bu ayın əvvəlində bazarda narahatlıqlara səbəb olmuşdu.
Bu gərginliklərlə bağlı olaraq Türk lirəsinin məzənnəsi aşağı düşsə də, Avropa paytaxtlarının və Qətərin Türkiyəyə 15 milyard dollar sərmayə qoyacağı ilə bağlı bəyanatlarından sonra məzənnə stabilləşdi.
Altmaier, Ankaranın öz Avropalı tərəfdaşına müraciət edəcəyi təqdirdə Almaniyanın Türkiyəyə yardım ehtimalınının mümkünlüyünü də bildirdi.
Lakin o, vəziyyətin belə bir nöqtəyə çatmadığını da vurğuladı.
“Mən düşünmürəm ki, hazırki vəziyyətdə biz, maliyyə və ya iqtisadi yardım haqqında konkret qərarlar qəbul etmək məcburiyyətindəyik” o dedi.
Berlin və Ankara arasında bir çox məsələrlə bağlı siyasi fərqlər mövcud olduğunu təsdiq edən nazir Altmaier, həmçinin bu müxtəlifliyin danışıqlar vasitəsilə aradan qaldırılacağına ümid etdiyini vurğuladı.
Prezident Rəcəb Tayyib Ərdoğanın 28 – 29 Sentyabr tarixləri ərzində Berlinə rəsmi səfər edəcəyi gözlənilir.
Qeyd edək ki, Almaniya Türkiyənin əsas iqtisadi və ticarət tərəfdaşıdır və 7500 – dən çox alman şirkəti Türkiyədə fəaliyyət göstərir. 2017 – ci ildə ikitərəfli ticarət əlaqələrindən 37.6 milyard avro gəlir əldə edilmişdir.
Tamara Mustafayeva, Banco.az