Türkiyədən TƏKLİF - Milli valyutaya keçilsin | Banco.az

Türkiyədən TƏKLİF - Milli valyutaya keçilsin

Türkdilli ölkələr ticarətdə milli valyutaların istifadəsinə keçməlidir.  Bunu bu gün Bakıda keçirilən Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin altıncı iclasında Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib.

Onun sözlərinə görə, Türkiyə Azərbaycanla qarşılıqlı ticarətdə milli valyutalara keçməyi planlaşdırır. Bundan başqa, nazir qeyd edib ki, Azərbaycan və Türkiyə bir sıra məhsulların ticarəti ilə bağlı gömrük prosedurlarını sadələşdirmək niyyətindədir.

Ən sərfəli kredit üçün müraciət et

N.Zeybekçi qeyd edib ki, Türkdilli şuranın üzvləri turizm, səhiyyə, tikinti sahələrində iqtisadi əlaqələri gücləndirməlidirlər.

Mənbə: Trend.az