Türkiyənin vergi orqanları «Petkim» şirkətini rekord səviyyədə- 9,2 milyon dollar cərimələyib. Türkiyənin «Dünya» qəzetinin yazdığına görə, şirkət 2008-2012-ci illərdə idxalla əlaqədar vergidən yayınmaya görə 4,6 milyon dollar cərimələnib. Vergi orqanlar vergi yayımına görə əlavə 4,6 milyon dollar maliyyə sanksiyası tətbib edib. Şirkətdən hər hansı vergi yayınmasını olmadığını əsas gətirərək, öz hüquqlarını məhkəmə yolu ilə qoruyacaqlarını bildiriblər.
Qeyd edək ki, Türkiyənin «Petkim» şirkətinn əsas sahibi Azərbaycanın Dövlət Neft Neft Şirkətinin «SOCAR&Turcas Enerji AŞ» adlı törəmə şirkətinə məxsusdur. İlk əvvəl burada 51 faiz paya malik olan ARDNŞ «SOCAR&Turcas Enerji AŞ» şirkəti «Turcas»a malik 25 faiz payı satın almaqla əsas səhm paketinə sahib olub. Bundan sonra şirkəti adını «SOCAR Turkey Enerji AŞ»ə çevirib.
mia.az