Türkiyədə vətəndaşlar vergi orqanları ilə fəal əməkdaşlıq edirlər | Banco.az

Türkiyədə vətəndaşlar vergi orqanları ilə fəal əməkdaşlıq edirlər

Vergi Auditi Komitəsinin başladığı vergi qanunçuluğuna dəstək təşəbbüsü çərçivəsində vətəndaşlardan gələn xəbər və şikayətlərdə xüsusi olaraq həkimlərin, vəkillərin, sənət adamlarının və sosial media vasitəsilə reklam fəaliyyəti ilə məşğul olanların ödədikləri vergilərin onların qazancları ilə mütənasib səviyyədə olmadığı aşkar edilib. Ölkədə daha ədalətli bir vergi qanunu qəbul etməyə hazırlıq davam edərkən Türkiyənin Vergi Auditi Komitəsinin gündəliyində bəzi peşə sahibləri ilə iş məsələsi ön plana çıxıb. Komitəyə vətəndaşlar tərəfindən göndərilən çoxlu sayda xəbər və şikayətlərdən aydın olub ki, bəzi vəkil, həkim və sənət adamlarının ödədikləri vergilər ilə qazanclarının müqayisəsində ciddi uyğunsuzluqlar var. Ona görə də vətəndaşlardan gələn xəbərlərin və şikayətlərin yoxlanılaraq təhlil edilməsi qərara alınıb. Vergi Auditi Komissiyası təhlilin nəticələri barədə rəsmi açıqlama verəcək.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et