Türkiyədə ötən ay xarici turistlərin sayı rekord qırıb | Banco.az

Türkiyədə ötən ay xarici turistlərin sayı rekord qırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İyul ayında Türkiyəyə səfər edən xarici turistlərin sayı rekord həddə çatıb.

Banco.az xəbər verir ki, Türkiyə 2023-cü ilin 7 ayı ərzində 30 milyon 93 min 446 ziyarətçi qəbul edib.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, ötən 7 ayda Türkiyəyə gələn ziyarətçilərin 26 milyon 766 min 240 nəfəri əcnəbi, 3 milyon 327 min 206 nəfəri isə xaricdə yaşayan Türkiyə vətəndaşları olub.

Beləliklə, yanvar-iyul dövründə Türkiyəyə gələn əcnəbilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,22 faiz artıb.

Qeyd edək ki, Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələrin sıralamasında ötən ilin eyni dövrünə nəzərən 59,22 faiz artımın müşahidə edildiyi 3 milyon 498 min 614 nəfərlə Rusiya Federasiyası birinci olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram