Türkiyədə ötən ay qeydiyyatda olan işsizlərin sayı azalıb | Banco.az

Türkiyədə ötən ay qeydiyyatda olan işsizlərin sayı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə ötən ay qeydiyyatda olan işsizlərin sayında azalma müşahidə olunub.

Banco.az xəbər verir ki, İşkurda qeydiyyatda olan işsizlərin sayı iyun ayında əvvəlki ayla müqayisədə 0,7 faiz azalaraq 2 milyon 601 min 582 nəfər olub. 

Əvvəlki ilin eyni ayı ilə müqayisədə isə qeydiyyatda olan işsizlərin sayı 27,1 faiz azalıb.

Qeydiyyatda olan işsizlərin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar, 23,6 faizini isə 15-24 yaş qrupunda olanlar təşkil edib.

İllik müqayisədə nəzər salındıqda isə sözügedən dövrdə 1 milyon 744 min olan qeydiyyatda olan işsiz qadınların sayı bu ilin iyun ayında 1 milyon 300 minə qədər azalıb. Azalma nisbəti isə 24,9 faiz olub.

Ən sərfəli kredit üçün müraciət et

1 milyon 823 min olan qeydiyyatda olan işsiz kişilərin sayı 1 milyon 291 nəfərə geriləyərkən, cəmi illik azalma nisbəti 27,1 faiz olaraq qeyd edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et