Türkiyədə noyabr ayında mənzillərin satışı 34 faiz azalıb | Banco.az

Türkiyədə noyabr ayında mənzillərin satışı 34 faiz azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Noyabrda Türkiyədə 117 min 806 mənzil satışı həyata keçirilib.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) noyabr ayı üzrə mənzil satışlarının statistikasını dərc edib.

Bu statistikaya görə, ölkədə mənzil satışlarının sayı noyabr ayında əvvəlki ilin eyni ayına görə 34,1 faiz azalaraq 117 min 806 olub.

Noyabrda satılan mənzillərin sayı oktyabr ayı ilə müqayisədə isə 14,8 faiz artım göstərib. Belə ki, oktyabr ayında 102 min 660 mənzil satılmışdı.

Satış rəqəmləri baxımından İstanbul 19 min 687 mənzil satışı və 16,7 faiz ilə ən yüksək paya sahib şəhər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et