Türkiyədə istehlakçı inamı 7 ayın ən yüksək səviyyəsinə çatıb | Banco.az

Türkiyədə istehlakçı inamı 7 ayın ən yüksək səviyyəsinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə İstehlakçı İnam İndeksi ötən yeddi ayın ən yüksək səviyyəsindədir.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqladığı İstehlakçı İnam İndeksi yanvar ayında 3,9 faiz artaraq 80,4 punkta çatıb.

Beləliklə, indeks iyun ayından bəri ən yüksək səviyyəyə çatıb.

İndeks dekabrda 77,4 punkt olaraq qeyd edilmişdi.

Xatırladaq ki, artan geosiyasi gərginlik, maliyyə bazarlarında stress və artım gözləntilərinin azalması ilə mövsümi təsirlərə görə yeni ildən sonra istehlak meylinin aşağı düşməsi bu vaxta qədər istehlakçı inamının azalmasındakı əsas səbəblər idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram