Türkiyədə inflyasiya 50 faizdən aşağı düşüb | Banco.az

Türkiyədə inflyasiya 50 faizdən aşağı düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə inflyasiya ötən ay 50 faizdən aşağı düşüb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) sentyabr ayı üzrə inflyasiya məlumatlarını açıqlayıb.

İnflyasiyanın aşağı istiqamətli sürəti davam edərkən illik inflyasiya 2023-cü ilin yayından bəri ilk dəfə olaraq 50 faizdən aşağı düşüb.

Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, istehlak qiymətləri sentyabr ayında əvvəlki ilin eyni dövrünə görə 49,38 faiz artıb. Sentyabrda aylıq inflyasiya isə 2,97 faiz olub.

İllik baza inflyasiya istiqamətində yavaşlama sentyabr ayında da davam edib. TÜİK məlumatlarına görə, illik baza inflyasiya 49,10 faiz təşkil edib. Aylıq baza inflyasiyası isə 3,57 faiz olub.

Ən sərfəli kredit üçün müraciət et

İstehsalçı qiymətləri indeksi artımı da ötən ayla müqayisədə yavaşlayıb. İstehsalçı qiymətlərində illik artım sentyabrda 33,09 faiz azalıb. Eyni dövrdə aylıq istehsalçı inflyasiyası 1,37 faiz olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et