Türkiyədə illik inflyasiya 15 ilin zirvəsinə çatıb | Banco.az

Türkiyədə illik inflyasiya 15 ilin zirvəsinə çatıb

Banco.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkədə inflyasiya sentyabr ayı ərzində 6.30% artarkən, illik artım göstəricisi 24.52% olub, istehsalçı qiymət artımı 46% - i keçib.

Türkiyə Statistika Komitəsi (TÜİK) – nin açıqlamasına görə TÜFE (istehlakçı qiymət indeksi) üzrə aylıq artım 6.30%, illik artım isə 24.52% olub.

İllik TÜFE 2003 – cü ilin iyul ayından bəri ən yüksək səviyyəsinə çatarkən, aylıq TÜFE isə 2001 – ci ilin aprel ayından bəri ən yüksək səviyyəsində qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Proqnozlaşdırılan göstərici aylıq 3.6%, illik isə 21.3% idi.

Sentyabr ayı üzrə ÜFE (istehsalçı qiymət indeksi) 10.88%, illik ÜFE (istehsalçı qiymət indeksi) isə 46.15% artıb.

Nüvə inflyasiyası 19.3% proqnozuna qarşı 24.05% - ə yüksəlib. Qida məhsulları üzrə inflyasiya isə illik 27.70%, aylıq 6.40% artıb.

Göstəricilərin açıqlanmasının ardınca Dollar/Tl məzənnəsi 6 səviyyəsindən 6.07 – ə, Avro/Tl məzənnəsi isə 6.96 – dan 7.03 - ə qalxdı.

Tamara Mustafayeva, Banco.az