Türkiyədə bank sektorunun xalis mənfəəti 37,4 faiz artıb | Banco.az

Türkiyədə bank sektorunun xalis mənfəəti 37,4 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə bank sektorunun xalis mənfəəti ilk 7 ayda illik 37,4 faiz artıb.

Banco.az xəbər verir ki, Bankçılıq Tənzimləmə və Nəzarət Qurumu (BDDK) yanvar-iyul dövrünə dair bank sektorunun ümumi xalis mənfəətini açıqlayıb.

Məlumatlara görə, yanvar-iyul dövründə bank sektorunun ümumi xalis mənfəəti 479,2 milyard lirə təşkil edib. Banklar ötən ilin ilk 7 ayında 348,7 milyard lirə xalis mənfəət əldə etmişdilər.

İyul ayında izləmədə olan borcların ümumi nağd kreditlərdəki payı 2,18 faiz olub. Bu göstərici 2024-cü ilin iyulunda 1,68 faiz səviyyəsində idi.

Əsas kapitalın adekvatlıq əmsalı 2024-cü ilin iyulunda 13 faiz ikən, 2025-ci ilin iyulunda 14 faizə yüksəlib. Kapital adekvatlığı standart əmsalı isə 17 faizdən 18 faizə qalxıb.

Ümumi aktivlər 2024-cü ilin iyulunda 28,6 trilyon lirə olduğu halda, 2025-ci ilin iyulunda 40,7 trilyon lirəyə çatıb, ümumi kreditlər isə 20,1 trilyon lirəyə yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram