Türkiyə və Böyük Britaniya azad ticarət sazişi üzrə danışıqlara hazırlaşır | Banco.az

Türkiyə və Böyük Britaniya azad ticarət sazişi üzrə danışıqlara hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə və Böyük Britaniya Azad Ticarət Sazişinin (FTA) əhatə dairəsini genişləndirmək və yeniləmək üçün danışıqlara hazırlaşır.

Banco.az xəbər verir ki, Türkiyə ilə Böyük Britaniya arasında 2021-ci il yanvarın 1-dən etibarən qüvvəyə minən Azad Ticarət Sazişinin yenilənməsi üçün hazırlıqlar davam edir.

Türkiyənin Londondakı səfiri Osman Koray Ərtaş bildirib ki, hazırkı müqavilə İngiltərənin Avropa İttifaqından (Aİ) çıxmasından sonra müxtəlif ölkələrlə imzalanmış ilk azad ticarət müqaviləsi olması baxımından mühüm əhəmiyyət kəsb edir.

Hazırkı formada iki ölkə arasında mal ticarətini nəzərdə tutan sazişin əhatə dairəsini yeniləmək və genişləndirmək hədəfinin olduğunu dilə gətirən səfir Türkiyənin dünyanın 6-cı ən böyük iqtisadiyyatı olan İngiltərə ilə ticarət həcminin 2022-ci ildə 18,9 milyard dollara çatacağını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Digər tərəfdən, hər iki ölkənin sazişin əhatəsini genişləndirmək istədiklərinə diqqət çəkən Ərtaş, “Müqavilənin nəzərdən keçirilməsi müddəası çərçivəsində biz əlavə sahələrin daxil edilməsi üçün mövcud FTA-nın genişləndirilməsi və yenilənməsi üzərində işə başlamışıq”, deyə əlavə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et