Müəllif:Ayşən İmanova/Banco.az
Tacikistan vətəndaşları bundan sonra Türkiyəyə vizasız daxil ola bilməyəcək.
Banco.az xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.
“Adi xarici pasportlara malik Tacikistan vətəndaşları üçün Türkiyəyə səfər edərkən vizasız rejimin ləğv edilməsi qərara alınıb”, - deyə sərəncamın mətnində deyilir.
Crocus City Hall-da terror aktı törətməkdə ittiham olunanlardan ən azı ikisi hücumdan əvvəl İstanbula səfər edib. Məlumata əsasən, onlar bunu Rusiya Federasiyasında yaşamaq icazəsini yeniləmək üçün ediblər.
Qeyd edək ki, terror aktını törədənlərdən biri Şəmsidin Fəriduninin Türkiyədən olan tacik ekstremist təşkilatları ilə əlaqəsi olub. Mənbənin sözlərinə görə, həmin şəxs İstanbulda terror aktı törətmək üçün təlim keçib.
Bizi sosial şəbəkələrdən izləyin!!