Türkiyə Mərkəzi Bankı inflyasiya proqnozunu artırıb | Banco.az

Türkiyə Mərkəzi Bankı inflyasiya proqnozunu artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) ilin sonu üçün infyasiya proqnozunu yeniləyib.

Banco.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) ilin son inflyasiya hesabatında il sonu inflyasiya proqnozunu 65,2 faizə qaldırıb. Əvvəlki hesabatda TCMB-nin il sonu gözləntiləri 60,4 faiz idi.

Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) 2022-ci il üçün inflyasiya proqnozunu Orta Müddətli Proqramla eyni səviyyəyə endirib.

2022-ci ildə inflyasiyanın 65,2 faizlə bağlanacağını proqnozlaşdıran TCMB növbəti il ​​üçün kəskin azalma proqnozlaşdırıb. Belə ki, bank inflyasiyanın 2023-cü ildə 22,3 faiz olacağını proqnozlaşdırıb. Əvvəlki hesabatda bu göstərici 19,2 faiz olaraq qeyd edilmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram